Dövlət ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə təsdiqlənib.
Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Əsasnamə dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
Şura ali təhsil müəssisəsinə ümumi rəhbərliyi həyata keçirən ali idarəetmə orqanı olmaqla ictimai əsaslarla fəaliyyət göstərir.
Ali təhsil müəssisəsinin strateji inkişaf istiqamətlərinə uyğun olaraq onun elm və təhsil fəaliyyətinin təşkil və koordinasiya edilməsi, dövlətin, cəmiyyətin, elmin və təhsilin müasir inkişaf istiqamətlərinə uyğun olaraq müəssisədə təhsil və tədqiqat mühitinin formalaşdırılması, müəssisənin elmi-pedaqoji potensialının inkişafı və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyətinin təşkil edilməsi və müəssisənin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Şuranın fəaliyyət istiqamətləri kimi müəyyənləşib.
“Report”
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib