Aprelin 3-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Aprel şəhidləri də daxil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Görüşdə müsabiqə qalibləri təbrik edilib, QHT rəhbərlərinin sualları cavablandırılıb, gözləntilər diqqətə çatdırılıb. Görüşdə 400 nəfərə yaxın QHT rəhbəri iştirak edib.
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib