Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib.
Bu barədə "İki sahil"ə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib