Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
Dövlət Komitəsindən "İki sahil"ə bildirilib ki, görüş saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti 21) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, [email protected], [email protected]) müraciət etmələri xahiş edilir.
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib