Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sinqapurun “GovInsider” təşkilatının “İnnovasiya Mükafatları-2025” müsabiqəsində uğur qazanıb.
Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“İnnovasiyalar Konfransı-2025” tədbiri çərçivəsində keçirilən müsabiqədə əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin geniş tətbiqinə görə nazirlik “Rəqəmsal Cəmiyyət Mükafatı” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb. Artıq ikinci ildir ki, həmin müsabiqədə ölkəmiz mükafat qazanır.
Qeyd edək ki, “GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təşviq etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilatın keçirdiyi budəfəki müsabiqədə 20 ölkədən 300 qurum iştirak edib.
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib