Bakıda bir sıra obyektlər və memarlıq abidələri mavi rənglə işıqlandırılıb.
“İki sahil” xəbər verir ki, “SOCAR Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rəngə boyanıb.
Aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.
Qeyd edək ki, hər il aprelin 2-də Dünya Autizm Maarifləndirmə Günü, aprel ayı isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edilir. Ay ərzində autizmə, neyromüxtəlifliyə və inklüzivliyə diqqət çəkməyə çalışılır. Həmin tədbirlər çərçivəsində hər il aprelin 2-də dünya miqyasında mötəbər binaların mavi rənglə işıqlandırılması aksiyası keçirilir.
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib