Südün ən güclü tərəflərindən biri onun kalsiumla zəngin olmasıdır. Həqiqətən, bir südlü içkinin tərkibində kifayət qədər kalsium var. Bəs bu, digər pəhriz mənbələri ilə necə müqayisə olunur? Məlum olub ki, bu mineralla zəngin qidalara gəldikdə kifayət qədər bir neçə alternativ var və bir çoxları südlə müqayisədə daha çox miqdarda kalsium ehtiva edir.
Bir stəkan süddə nə qədər kalsium var?
Bu, əlbəttə ki, şüşənin nə qədər böyük olmasından asılı olacaq.
Bir stəkan (245 ml) süddə təxminən 305 mq kalsium var.
Nə qədər kalsium istehlak etməliyik?
Böyüklər üçün tövsiyə edilən gündəlik həcm 1000-1200 mq arasındadır. Bu o deməkdir ki, gündə bir stəkan süd içsəniz belə, mineralın gündəlik dəyərini qarşılaya bilməyəcəksiniz. Ancaq narahat olmayın, çünki həmin dəyərə çatmağınıza kömək edə biləcək bir neçə qida var.
Mozzarella pendiri
Yəqin ki, bu yumşaq italyan pendiri ilə tanışsınız. O, pizzalarda geniş şəkildə istifadə olunur. Bir stəkan mozzarellanın tərkibində 1,7 qram kalsium var. Bu gündəlik tələb olunan miqdarın 130%-ni təşkil edir.
Lakin mozzarella yalnız kalsiumla zəngin deyil. Pendir həm də oksidləşdirici stressi azaltmağa və immunitet sistemini potensial olaraq gücləndirməyə kömək edə bilən konjuge linoleik turşusunun zəngin mənbəyidir.
Tofu
Tofu kalsium tərkibinə görə bir stəkan süddən üstündür. Əslində, bir fincan üçün beş dəfədən çox kalsium ehtiva edə bilər ki, bu da gündəlik lazıç olan miqdarın təxminən 130% -ni təşkil edir.
Kalsium faizi tofu hazırlamaq üçün istifadə olunan koaqulyant növündən asılı olaraq bir qədər dəyişir. Bəzən kalsium koaqulyantlarından istifadə olunur ki, bu da tofu blokunu mineralda daha da yüksək edir. Tofu həm də əla protein mənbəyidir.
Çia toxumları
Bu kiçik, lakin kalsiumla zəngin toxumlar hər fincanda 1,5 qram kalsium ehtiva edir, yəni kalsium üçün gündəlik dəyərin təxminən 120%-ni təmin edir.
Portağal suyu
Portağal suyundan çoxlu kalsium əldə edə bilərsiniz.
Sardina balığı
Konservləşdirilmiş forması da daxil olmaqla, sardina ən yaxşı zülal və omeqa-3 yağ turşularının mənbəyi kimi tanınır. O, həm də əla kalsium mənbəyidir.
Yarpaqlı bitkilər
Kələm (və digər yarpaqlı bitkilər) antioksidantlar, lif, kalsium və dəmirlə zəngindir.
Qatıq
Qatıq süd məhsuludur və buna görə də kifayət qədər kalsium ehtiva edir. Hər fincan üçün 311 mq-dan danışırıq ki, bu da təxminən 305 mq olan bir stəkan süddən üstündür.
Badam südü
Biz bilirik ki, badam kalsiumla zəngindir, lakin ondan hazırlanan içki də bu işi görür. Bu bitki əsaslı süd alternativi hər fincanda 424 mq kalsium ehtiva edir.
Nubar Süleymanova, “İki sahil”