Rusiya ilə razılaşmaları ilk pozan Ukrayna tərəfi olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Fatto Quotidiano" yazır.
“Ukrayna 1997-ci il mayın 31-də Kiyevdə imzalanmış Rusiya-Ukrayna Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsini pozub”, - deyə, italyan jurnalistlər bildiriblər.
Nəşr xatırladıb ki, sözügedən sənəd Kiyevi respublika ərazisindən Rusiyaya təhlükə yaratmaq üçün istifadə etməməyə məcbur edirdi.
2018-ci il dekabrın 10-da Ukraynada hakimiyyətdə olan Petro Poroşenko Rusiya ilə dostluq müqaviləsinə xitam verən qanunu imzalayıb.