Aprelin 25-i saat 10:00-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.
“İki sahil” xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya 1003-Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq aprelin 24-dək qəbula yazıla bilərlər.
AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.