01 aprel 2025 15:05
164

Fidan sabah Fransaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, nazir səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barrotla görüşəcək.

Görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya da daxil olmaqla, cari regional və beynəlxalq hadisələrin müzakirə predmeti olması gözlənilir.