01 aprel 2025 11:30
235

ATİAHİ Respublika Komitəsinin rəhbərliyi və ittifaq üzvü olan tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsinin rəhbərliyi və ittifaq üzvü olan tələbələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, qeyd olunub ki, 31 mart tarixi, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsini ehtiramla anıblar.Həmçinin digər Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədrləri tələbə təşkilatlarının rəhbərləri və fəal THİK üzvləri abidənin önünə gül dəstələri düzüblər. Onlara ermənilərin törətdikləri soyqırım və Memorial Kompleks haqqında məlumat verilib.