Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat veriblər.
Belə ki, 1915-ci il təvəllüdlü Hilal İbrahimov ötən gecə dünyasını dəyişib.
Hilal İbrahimovun səkkizi qız, ikisi oğlan olmaqla 10 övladı olub. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var.
Qeyd edək ki, bir neçə həftə öncə Hilal İbrahimov yıxılmış və sol bud sümüyünün boyun sınığı yaranmışdı. O, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında əməliyyat olunmuşdu.
Hilal İbrahimovun vəfatı ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib.
Allah rəhmət eləsin!