Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb.
“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib.
Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.