30 mart 2025 22:30
193

Finlandiya Prezidentindən Trampa təklif

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o, ABŞ prezidenti Donald Trampa Ukraynada atəşkəs üçün mümkün tarix kimi aprelin 20-ni təyin etməyi təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, aprelin 20-si heç bir şərt olmadan tam atəşkəs üçün yaxşı vaxt olardı.

Finlandiya lideri qeyd edib ki, o, bu tarixi Pasxa bayramının bu gündə qeyd olunacağı və o vaxta qədər Tramp üç ay ABŞ prezidenti vəzifəsini icra etmiş olacağı üçün təklif edib.

Qeyd edək ki, Stubb Floridada Trampla görüşüb və liderlər qolf oynayarkən ikitərəfli münasibətləri müzakirə ediblər.