İsrailin baş naziri Benyamin Netanyahu Macarıstanın baş naziri Viktor Orban ilə Qəzza sakinlərinin könüllü mühacirət planını müzakirə etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, Netanyahu gələn həftəyə planlaşdırılan Budapeştə səfəri zamanı Orbanla bu mövzunu müzakirə etmək niyyətindədir.
Qəzet qeyd edib ki, İsrailin baş naziri bu məsələdə macar həmkarının dəstəyini almağa ümid edir. Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza planını dəstəkləmək üçün mümkün qədər çox ölkədən ibarət koalisiya yaratmağa çalışır.
Martın 30-da Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında İsrailin Trampın fələstinlilərin Qəzzadan köçürülməsi ideyasına sadiq olduğunu təkrarlayıb. O, bu qərarı İsrail tərəfinin anklavda münaqişənin həlli ilə bağlı danışıqlar üçün irəli sürdüyü şərtlər arasında adlandırıb.