30 mart 2025 18:57
190

İstanbulda keçirilən aksiyalarda bugünədək 268 nəfər həbs olunub

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Saxlanılanların dəqiq sayı isə hələ məlum deyil. 

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib.