MƏSCİDLƏRDƏ QILINAN NAMAZDA DİN XADİMLƏRİ VƏ SAKİNLƏR İŞTİRAK EDİB
Ölkəmizin hər yerində olduğu kimi Quba rayonunda da Ramazan bayramı ilə əlaqədar səhər saatlarında Bayram namazı qılınıb. Bayram namazı rayon mərkəzindəki bir neçə məscidində qılınıb. Rayonun Cümə məscidində bayram namazı 8:00-da, Ərdəbil məscdində isə 10:00-da başlanıb. Ərdəbil məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ-nin) Quba bölgəsi üzrə qazısı Hacı Naib Səttərzadənin imamlığı ilə baş tutdu. Bayram namazında din xadimləri ilə yanaşı yerli sakinlər də iştirak etdi.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Şəvval ayının 1-i, yəni, martın 30-u Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün