28 mart 2025 15:16
217

Tərtərdə şəhid Salaməddin Əliyevin ailəsi ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qazyan kəndində şəhid Əliyev Salaməddin Yusif oğlunun ailəsində olub, şəhidin anası Əliyeva Şərafəti 70 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi təqdim edib, həmçinin şəhidin anasına rayon icra hakimiyyətinin təşəkkürnaməsi təqdim edilib.

“İki sahil” xəbər verir ki, deputat şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Onu qeyd edək ki, Şəhid Əliyev Salaməddin Yusif oğlu Ağdam rayonunun Yusifcanlı kəndində düşmən tərəfindən atılan güllədən aldığı xəsarət nəticəsində şəhid olmuşdur. Subay idi. Qazyan kənd qəbiristanlığında dəfn olunub.