25 mart 2025 22:38
196

Eritreyadan ölkəmizə geri gətirilən dənizçi: İlk dəfədir ki, uzaq səfərə çıxırdım...

Eritreyada girov saxlanılan gəmi heyəti olan 18 Azərbaycan vətəndaşı martın 23-də ölkəmizə geri gətirilib.

Onlardan biri də şimal bölgəsindən olan xaçmazlı 37 yaşlı Saleh Vələdovdur.

10 ildən artıq dənizçi işləyən Saleh Vələdov ilk dəfədir ki, uzaq səfərə çıxdığını bildirib.  4 aydan artıq müddətdir ki, Salehin yolunu gözləyən ailə üzvləri bayram günlərində evə gəlişini iki qat sevinclə qarşılayıblar.

Gəmidə olan Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində  aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib. Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Qeyd edək ki, "Pəhləvan" gəmisi sentyabrın 19-da Bakıdan Fars körfəzinə yola düşüb. Gəmi noyabrın 7-də  Eritreya sahillərində saxlanılmışdı.

Aydın Adıgözəlov,
Xaçmaz, "İki sahil" üçün