25 mart 2025 18:45
136

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 113 min elektron arayış verilib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox elektron arayış xidmətləri yaradılıb.

Həmin elektron xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunmağa, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan yaradır.