Bu ilin mart ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
"İki sahil" Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, bu barədə qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında məlumat verilib.
İclasda 2025-ci ildə turizm sektorunun vəziyyəti, qarşıdakı gözləntilər müzakirə edilib. Bildirilib ki, 2024-cü ildə ölkəyə turist axını 2023-cü il ilə müqayisədə 30 % çox olsa da, 2019-cu il səviyyəsinə çatmayıb.
Komissiyanın sədr müavini Ceyhun Aşurov regional turizmin inkişafı üçün təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ölkəyə daha çox turistin gəlməsi üçün daha çox səbəblər yaratmaq lazımdır.
Azərbaycanın 8 beynəlxalq hava limanından yalnız birinin – Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun effektiv işlədiyini diqqətə çatdıran C.Aşurov ölkənin regionlarındakı hava limanlarının inkişafının vacibliyini qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır