23 mart 2025 21:29
195

Sabunçuda birgə əməliyyat nəticəsində yarımkilo heroin götürülüb

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində yarımkilodan çox narkotik aşkarlanaraq müsadirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə sözügedən dövlət qurumlarının birgə məlumatında bildirilib.

“Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanda aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.