22 mart 2025 10:35
317

Azərbaycandan Yunanıstana pul köçürmələri iki dəfə artıb

Ötən il Azərbaycandan Yunanıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,558 milyon ABŞ dolları təşkil edib.

“İki sahil”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,01 dəfə və ya 1,288 milyon ABŞ dolları artıb.

Ölkənin ümumi köçürmələrində Yunanıstanın payı 0,5 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları (-4,25 %) təşkil edib.

2023-cü ildə fiziki şəxslərin Azərbaycandan Yunanıstana pul köçürmələrinin həcmi 1,27 milyon ABŞ dolları təşkil edib, ümumilikdə isə xarici ölkələrə 550,126 milyon ABŞ dolları məbləğində köçürmələr həyata keçirilib.