Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) iftar süfrəsi təşkil edib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Həmkarlar ittifaqları üzvlərinin iştirak etdiyi iftar mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənib.