Bakı Ali Neft Məktəbində (BANM) Novruz Bayramına həsr olunmuş möhtəşəm tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, açılış nitqi ilə çıxış edən BANM rektoru Elmar Qasımov bayram münasibətilə tələbə və əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir çərçivəsində Novruz sərgisi təşkil olunub, əməkdaş və tələbələrin hazırladığı bayram guşələrinə baxış keçirilib. Qonaqlar Novruz təamlarının dadına baxıb, əl işləri yarmarkasına qatılıblar. Binəqədi rayonundakı uşaq sığınacağının sakinlərinin əl işləri böyük maraqla qarşılanıb.
Bayramın əyləncəli hissəsində yumurta döyüşü yarışı keçirilib, tələbələr arasında qalib müəyyənləşib.
Tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında səhnəciklər, rəqslər, şeirlər və musiqi nömrələri təqdim olunub.
Sonda əməkdaşlar arasında Şans Lotereyası keçirilib və qaliblər müxtəlif hədiyyələr qazanıblar. Tədbir rəngarəng anlarla yadda qalıb.
SOCAR-ın prezidenti Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru ilə görüşüb
“Egey İxracatçı Birlikləri” 2025-ci ilin “İxracat Ulduzları”nı AÇIQLAYIB - "PETKİM" İXRAC ÇEMPİONDUR
SOCAR "First Abu Dhabi Bank"ı ilə strateji tərəfdaşlıq imkanlarını müzakirə edib