Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bayram günlərində və fövqəladə hallarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“İki sahil” xəbər verir ki, Xidmətdən bildirilib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə dayanıqlı təchizatı üçün bütün təşkilati və texniki tədbirlər görülür, qəza xidmətləri fasiləsiz işləyir.
"Digər günlərdə olduğu kimi bayram günlərində də mərkəzi idarə aparatında, şəhər və regional sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunur. Abonentlər içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə bağlı 24 saat fəaliyyət göstərən '955' Zəng Mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib