Martın 18-də Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Klaudio Kaxado arasında onlayn görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Görüşdə Müşfiq Məmmədli və Braziliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti, iki ölkə arasında iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıblar.
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib