Mübaliğəsiz deməliyik ki, tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib.
“İki sahil” xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda söyləyib.
O bildirib ki, ortaq dəyərlərimiz, güclü milli ruhumuz və fəal vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır.
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
AHİK Səhiyyə RK: Mehriban xanım Əliyevanın təşəbbüsü səhiyyə sahəsində insan kapitalının inkişafına mühüm töhfədir
İsmayıllı “DOST Evi” tərəfindən Basqal qəsəbəsində sərgi-satış yarmarkası keçirilib