Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev 2024-cü ilin yekunlar və gələcək perspektivlər barədə mətbuat konfransı keçirib. Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyin ötənilki fəaliyyəti, qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb
Ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması sahəsində tədbirləri gücləndirilib
Ötən il ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 1820 reyd-yoxlama keçirilmiş, 188 inzibati xəta halı qeydə alınmışdır.Balıq və digər su bioresurslarının mühafizə və ov qaydalarının pozulmasına, yaşıllıq sahələrinə vurulmuş ziyana və məhv edilməsinə, yer təkindən qanunsuz istifadə edilməsinə, Tullantıların düzgün idarə edilməməsinə, Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati xəta və dəymiş ziyana görə ümumilikdə 167.090 manat məbləğində cərimə tətbiq edilmiş, 47.070 manat cərimə məbləğinin icrası təmin edilmişdir. 62 ictimai-iaşə obyektinə qaz-toztutucu qurğu quraşdırılmışdır. Qaz-toztutucu qurğuların quraşdırılmasına görə 526 ictimai iaşə müəssisəsinə və gəc sexinə məcburi göstəriş verilmişdir. Çirkab suların Naxçıvan şəhərində mərkəzi kanalizasiya şəbəkəsinə qoşulması məsələsinin araşdırılması üçün monitorinqlər davam etdirilmiş, kanalizasiya şəbəkəsi olmayan, kanalizasiya şəbəkəsinə qoşulmayan fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin rəqəmsal xəritəsi və yekun arayış hazırlanmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərində biotexniki tədbirlər keçirilmiş, 1 ton daşduz, 70 kip qaba yem dağıdılmış, 1 ədəd su novu yerləşdirilmişdir. 2024-cü ildə Naxçıvan Muxtar Respublikasına gətirilməsi nəzərdə tutulan fauna növlərinin reintroduksiya proqramı hazırlanmışdır. Biomüxtəlifliyin qorunması, balıq bioresurslarının artırılması məqsədilə 250 min ədəd sazan balığının körpələri Heydər Əliyev Su anbarına və Uzunoba su anbarına buraxılıb, fauna növlərinin tarixi areallarına reintroduksiyası ilə bağlı isə 40 kəklik, 15 turac təbiətə buraxılıb. Eyni zamanda muxtar respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərindən 4 ədəd bezoar dağ keçisi xüsusi hazırlanmış qəfəslərə yerləşdirilərək populyasiyalarının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.
Ötən il respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülüb, 311090 ədəd ting əkin dövriyyəsinə daxil edilib
Muxtar respublika ərazisində 826,9 hektar sahədə meşəsalma, meşəbərpa və toxumla əkin işləri görülmüş, 311090 ədəd ting əkin dövriyyəsinədaxil edilmişdir. Nazirlik tərəfindən isə 432 ha sahədə meşəsalma, meşəbərpa və toxumla əkinişləri görülmüş, 94 590 ədəd ting əkilib. Meşə fondu ərazilərində 24,3 ha sahədə damcılı suvarma sistemi qurulmuş, sıradan çıxmış su boruları yeniləri ilə əvəz olunmuşdur. Quşçuluq, Xətai və Qoşadizə tinglik sahələrində 11950 ədəd kızılçam və müxtəlif növ meyvə, meşə dibçəkləri yaşıllıq sahələrində bərpa aparılması üçün təşkilatlara verilmişdir. Batabat yaylasında “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmiş, 110 ədəd dibçəkdə palıd, akasiya və həmişəyaşıl tingləri əkilmişdir. Batabat gölünün ətrafında 2,0 ha sahədə 1800 ting əkilmiş, xaşa toxumu səpilmiş, 12 tonluq su çəni əraziyə yerləşdirilmiş və 1,0 ha sahədə damcılı suvarma sistemi quraşdırılmışdır.
Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 4 quyu qazılıb, yataqlaşdırılmamış ərazidı auksionlar vasitəsilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 655.210 manat vəsait daxil edilib
Filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraq Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş buruq qazma işləri tam həcmdə (900 p/metr ümumi dərinlikdə 4 quyu) yerinə yetirilmiş, ümumilikdə 194 ədəd kern nümunəsi götürülmüş, 2000 m3 həcmdə 24 ədəd xəndək, 150 p/metr həcmdə 38 ədəd şurf qazılmışdır. Xəndək və şurflardan 110 ədəd şırım sınağı götürülmüşdür. Layihə üzrə çöl-geoloji kəşfiyyat işləri yekunlaşdırılmışdır.
“Parağaçay”, “Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü” polimetal yataqları haqqında informasiyalar toplanmış, yataqlar haqqında icmal məlumatlar və cizgilər MTA-ya (Türkiyə Respublikası Maden Tetkik ve Arama Genel Müdürlüğü) göndərilmişdir.“Parağaçay”, “Qapıcıq” molibden, “Nəsirvaz-Ağdarə” və “Gümüşlü” polimetal yataqlarının rəqəmsal xəritəsi hazırlanmışdır.
Filiz və qeyri-filiz ehtiyatlarının qiymətləndirilməsi üçün beynəlxalq qiymətləndiricilərin dəvət edilməsi və investisiya üçün açılması işlər görülüb
MTA (Maden Tetkik ve Arama Genel Müdürlüğü) ilə bir mənbədən satınalma müqaviləsinin bağlanılıb. 25 qeyri-filiz faydalı qazıntı yatağın da axtarış-təftiş və ehtiyatların yenidən qiymətləndirilməsi işləri başa çatdırılmış, rəqəmsal topoqrafik xəritələri hazırlanmışdır. Hazırda təftiş işlərinin geoloji hesabatları hazırlanır. Mühəndisi-geoloji tədqiqat işlərinin aparılması məqsədilə ümumi dərinliyi 984 p/m olan 77 ədəd tədqiqat quyusu qazılıb, 317 ədəd sınaq götürülmüşdür. Keçirilmiş auksionlar vasitəsilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 655.210 manat vəsait daxil edilmiş, 450 manat dövlət rüsumu ödənilmişdir. Bu ilin (2025-ci il) fevral ayında “Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında Beynəlxalq qiymətləndirmə işləri həyata keçirilib. Türkiyə Respublikasından gəlmiş laborantlarla geoloji sınaqların təhlil edilməsi, laborator analizlərin daha mötəbər aparılması istiqamətində də işləri icra ediblər.
Dövlət ekoloji ekspertizası istiqamətində görülmüş işlər
Naxçıvan Muxtar Respublikasında dövlət ekoloji ekspertizası bərpa edilmiş, qeyri-yaşayış obyektlərinin tikinti layihələri, istehsal müəssisələrinin fəaliyyəti, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi, yaşıllıqların götürülməsi, qarışıq süxurun götürülməsi, ekoloji normativ sənədlərin razılaşdırılması (ekoloji pasport, BBAH, ABTH atmosfer havasının inventarlaşması), torpaq kateqoriyasının dəyişdirilməsi, torpaq sahəsinin ayrılması üzrə dövlət ekoloji ekspertiza rəyləri verilmişdir.2024-cü il ərzində 688 ekoloji ekspertiza rəyi verilmiş, 309.561,56 manat ekoloji ekspertizanın maliyyələşməsinə görə Nazirliyin xüsusi vəsaiti hesabına ödənilmişdir. Ətraf mühitə atılan tullantılara görə 231 müəssisəyə 267.774,70 manat ekoloji ödəniş tətbiq olunmuş, 213.505.10 manat icrası təmin edilmişdir. Ekoloji ödəmələrin tətbiqi davam etdirilir.Mineral süfrə suyu istehsalı ilə məşğul olan 5 müəssisəyə mineral xammal bazasının bərpasına ayırmalara görə 134.099,11 manat ödəmə tətbiq olunmuş, 134.099,11 manat vəsait fonda ödənilmişdir.
Dövlət proqramı çərçivəsində layihələrin icrası
Yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmlərin alınıb
Maşın-mexanizm Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gətirilmiş, maşın-mexanizmin alınması ilə bağlı 469.256,50 manat vəsait ödənilmişdir. 2024-cü ilin yaz və payız əkin mövsümündə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 347,1 hektar ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin icra edilməsi nəzərdə tutulmuşdur.
Meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə ərazilərə baxış keçirilmiş, ilkin qiymətləndirmə işləri aparılmış,ərazilər KMZ formatında elektronlaşdırılmışdır. Meşələrdə kadastr işləri yekunlaşmaq mərhələsindədir.
Meşə fondunun açıq sahələrində (meşə ilə örtülü olmayan) yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin (seyrək meşəliklər) bərpa edilməsi məqsədilə Türkiyə Respublikasından 20 min ədəd kızılçam fidanı gətirilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə muxtar respublika ərazisində keçirilən yaşıllaşdırma tədbirləri üçün 11840 ədəd kızılçam, 65786 ədəd müxtəlif meyvə və meşə tingləri olmaqla ümumilikdə 77626 ədəd ting əvəzsiz verilmişdir.2024-cü ilin əkin mövsümündə 40,7 hektar sahədə meşəsalma, 154 hektar sahədə meşəbərpa, 234 hektar sahədə toxumla əkin, 3,3 hektar sahədə toxmacarlıq sahəsi yaradılmış, ümumilikdə 432 hektar sahədə ting və toxumla əkin işləri görülmüş, 94590 ədəddən artıq müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilmiş, 2340 kq müxtəlif növ meyvə və meşə toxumları səpilmişdir.
Ekokönüllülər və ali təhsil müəssisələrinin tələbələri ilə maarifləndirici tədbirlər keçirilmiş, Zəngəzur Milli Parkına ekskursiyalar təşkil edilmiş, təmizlik aksiyaları və tullantıları ekoçantaya dəyiş tədbirləri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında mərkəzləşdirilmiş tullantı poliqonunun və bərk-məişət tullantılarının emalı müəssisəsinin yaradılması
2024-cü il ərzində şəhər və rayonlar üzrə formalaşan bərk məişət tullantılarının həcmi 631010,96 m3 müəyyən edilmiş, bu da 151442,63 ton deməkdir. Böyükdüz kəndi ərazisində 9 ha sahədə təhlükəli tullantıların zərərsizləşdirilməsi poliqonunda topoqrafik planaalma işləri yerinə yetirilmiş, tikintialtı sahələrdə 35 quyu olmaqla, ümumi dərinliyi 260 metr olan mühəndisi-geoloji tədqiqat quyusu qazılmış, 84 ədəd sınaq götürülmüş və sahənin mühəndisi-geoloji tədqiqatları barədə hesabatlar hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əldə olunan məlumata əsasən 12 ay ərzində muxtar respublika ərazisində formalaşan tibbi tullantıların miqdarı 124,170 ton olduğu müəyyən edilmişdir.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı üzrə Prioritet istiqamətlər üzrə işlər aparılır
Potesial xammal ehtiyatlarının müəyyən edilməsi və təbii sərvətlərlərin iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədilə təkliflər hazırlanır. Qara, əlvan, nəcib metalların axtarışı və qiymətləndirilməsi ilə bağlı işlər, filiz və qeyri-filiz ehtiyatlarının qiymətləndirilməsi üçün beynəlxalq qiymətləndiricilərin dəvət edilməsi və investisiya üçün açılması istiqamətində işlərin davam etdirilir. Göydağ-Zırnel-Kükü sahəsində məsafədən aeroelektromaqnetik tədqiqatların (helikopter ilə) aparılması, Naxçıvan çökəkliyinin litium potensialının qiymətləndirilməsi, ekzogen geoloji proseslərin tədqiqi və monitorinqi ilə bağlı işlərin davam etdirilir. Naxçıvan Muxtar Respublikasının təbii resurslarından səmərəli istifadənin təmin edilməsi, meşəsalma və meşəbərpa işlərinin aparılması davam etdirilir.
Nazirliyin maddi texniki bazası gücləndirilib, xidməti avtomobillər və digər avadanlıqlar alınıb
Nazirlik və qurumlarına ümumilikdə 60 ədəd yeni kompüter və avadanlıqları, xidməti avtomobillər satın alınıb. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Tabeli qurumlarıntərəfindən dövlət büdcəsindən 2024-cü il üzrə ayrılmış vəsaitdən səmərəli istifadə olunub
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeli qurumlarına dövlət büdcəsindən 2025-ci il üzrə 6.394.581,00 manat vəsait ayrılmış və hesabat dövrü ərzində 791.065,79 manat vəsait xərclənmişdir. Nazirliyin büdcədənkənar fonduna 290.213,80 manat vəsait daxil olmuş, 269.076,38 manat vəsait isə xərclənmişdir. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 1.000.000 manat vəsait daxil olmuş, 627.295,96 manat vəsait isə xərclənmişdir. Ümumilikdə Nazirliyin büdcədənkənar vəsait hesabına 1.290.536,01 manat vəsait daxil olmuş, 693.766,11 manat vəsait isə xərclənmişdir.
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fonduna 2025-ci ilin fevral ayı ərzində69.590,7 manat vəsait daxil olmuş, vəsait xərclənməmişdir. Ümumilikdə Nazirliyin büdcədənkənar vəsaiti hesabına 110.795,13 manat vəsait daxil olmuş, 3982.22 manat vəsait isə xərclənmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu olan “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC-nin hesabına yaşıllıqların köçürülməsi ilə əlaqədar 3000 manat vəsait daxil olmuşdur. Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi PHŞ-nin fiziki və hüquqi şəxslərə göstərdiyi xidmətə görə 32.406 manat vəsait daxil olmuşdur. Digər istiqamətlər üzrə formalaşmış gəlir və xərclərə dair vəsait daxil olmamışdır. (2025-ci ilin yanvar, fevral ayları)
“Rəqəmsal ekologiya” informasiya sisteminin tədbiqi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması ilə bağlı 10 yanvar 2025-ci il tarixli Fərmanı imzalayıb və “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. “Rəqəmsal ekologiya” informasiya sistemi qısa desək REİS Nazirliyin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edəcək.
Sistemin şəxsiyyətin müəyyən edilməsi üçün elektron sorğu (e-sorğu) bölməsi aktiv edilib digər bölmələr isə sınaq mərhələsindədir.
Elektron xidmətlərin və məlumat bazalarının ölkənin analoji qurumunun sistemləri ilə inteqrasiyası
Nazirlik tərəfindən 168Dövlət Xidmətlər Portalında (dxr.az) 20 istiqamət üzrə xidmətlər ölkənin analoji qurumunun sisteminə uyğunlaşdırılmış, Nazirlik və qurumları Mərkəzləşmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə qoşulub
Naxçıvan Muxtar Respublikasının 100 illiyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlər
Naxçıvan Muxtar Respublikasında bir gündə 100 mindən çox ağac əkilib, Şəhidlərin adına 550 ədəd çinar ağacı əkilib, onların bioqrafiyalarını əks etdirən QR-kod lövhələr yerləşdirilib. Yaşıl dünya könüllüləri layihəsi icra olunub. Naxçıvanda iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan konfrans keçirilib, velosiped yarışları təşkil olunub, təmizlik, ağacəkmə, tullantıları tinglərə dəyiş , tullantıları ekoçantalara dəyiş aksiyaları keçirilib
Ətraf mühitin qorunması məqsədilə həyata keçirilən yaşıl turizm layihələri və təşəbbüslər
“Təhsil Nazirliyi” ilə birgə “yaşıl məktəb” və “ekoloji təhsil” layihələri icra olunub, muxtar respublikanın bütün ümumtəhsil, peşə təhsili müəssisələrində 10 min-dən çox ağac əkilib.
Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun gördüyü digər işlər
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq Şərur və Kəngərli rayonlarının 1649,3 hektar ərazisində yaradılacaq “Ovçuluq təsərrüfatı”nın rəqəmsal xəritəsi hazırlanmış, sənədləşmə işlərinə başlanılmışdır.Muxtar respublika ərazisində yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi və parkın hüdudları daxilində yerləşən obyektlərin pasportu tərəfimizdən yenidən hazırlanmış, aidiyyəti qurumlar tərəfindən rəylərin verilməsi üçün göndərilmişdir. UNESCO-nun tələblərinə uyğun sənədləşmə işlərinin aparılması üçün donor təşkilat axtarılır. Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusunun verilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər aparılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə respublika əhəmiyyətlitəbiət abidəsi statusu verilmişdir. “Əlincədağ” təbiət abidəsinin ərazisinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilmiş, müvafiq ölçü işləri aparılmış, təbiət abidəsinin yerquruluşu planı və pasportu hazırlanmış, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə bağlanmış, giriş hissəyə məlumat lövhəsi quraşdırılmışdır.
Hidrometeorologiya sahəsi üzrə işlər
Yerüstü suların monitorinqi və nəzarətin təşkili həyata keçirilmiş, “SOMMER” cihazı vasitəsilə Əlincəçay, Naxçıvançay, Gilançay, Nürgütçay, Parağaçay, Vənəndçay, Küküçay və Araz çayının Culfa hidroloji məntəqəsinə aid olan hissəsindən ayda 3 dəfə olmaqla 10 gündən bir suyun sərfi ölçülərək qeydiyyatı götürülmüş, su nümunələri götürülərək laboratoriyada analizlər aparılmışdır. Naxçıvan Muxtar Respublikasının iqlimini əks etdirən xəritə hazırlanmışdır. İqlim xəritəsi NDU-nun ETŞ-da təsdiq edilmişdir.Keçən ildən başlayaraq bu il də daxil olmaqla muxtar respublika ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən dağlıq ərazilərdə qarölçmə işləri aparılıb. (2025-ci il mart ayının 19-dək yekunlaşacaq)
Muxtar respublikanın rayonlarında, o cümlədən Naxçıvan şəhərində meteoroloji stansiya quraşdırılmışdır. Bunlardan 5-i ötən illərdə, 2-i 2024-cü ilin noyabr ayında Kəngərli və Ordubad rayonlarında quraşdırılmışdır. Bu stansiyalar vasitəsilə meteoroloji müşahidələr hər 3 saatdan bir aparılır. Sutka ərzində havanın temperaturu, yağıntının miqdarı, küləyin sürəti və istiqaməti, buludluq, torpaqda şeh nöqtəsi və bir sıra parametrlər üzrə məlumatlar əldə edilir. Həmin məlumatlardan proqnozların hazırlanmasında istifadə olunur. Hidrometereologiya Mərkəzi ilk dəfə olaraq 2023-cü ildən “TÜRK METCAPP’’ sisteminə qoşulub. Sistem vasitəsilə muxtar respublika ərazisində hava şəraiti ilə bağlı gündəlik, üç günlük proqnozların və xəbərdarlıqların hazırlanmasında dəqiq məlumatlar götürülərək KİV vasitələrilə əhaliyə çatdırılır.