Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti dəfə uğur qazanıb.
“İki sahil” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu iESE (Improvement and Efficiency Social Enterprise) təşkilatı tərəfindən “iESE Dövlət Sektorunun Transformasiyası Mükafatı”na layiq görülüb.
Agentliyin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) müsabiqənin “Rəqəmsal, texnologiya və məlumat analizindən ən yaxşı istifadə” və “İnnovasiya” nominasiyaları üzrə ətraflı təhlil edilib və qalib seçilib.
Qeyd edək ki, 2024-cü ildə də ƏMAS təşkilat tərəfindən mükəmməllik sertifikatına layiq görülüb.
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq