Bu ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 2 milyard 202,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 672 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 215,3 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 32,1 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq