Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitə əməkdaşları Gürcüstana səfər ediblər.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Rustavi şəhərində iftar mərasimi keçiriləcək.
Tədbirdə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, komitə nümayəndələri, Gürcüstanın Dini Məsələlər üzrə Agentliyinin direktoru Zaza Vaşakmadze və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Səfər zamanı Azərbaycanla Gürcüstan arasında dini-mənəvi əlaqələrin inkişafı və əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Bu çərçivədə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Gürcüstan rəsmiləri, o cümlədən Dini Məsələlər üzrə Agentliyin direktoru Zaza Vaşakmadze və digər dövlət nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Azyaşlı uşağın əli ət maşınında qalıb, 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq