16 mart 2025 17:05
115

Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentlyindən məlumat yayıb.

Bildirilib ki, 17 nömrəli marşrut:

➡ Fətəli xan Xoyski → Ağa Nemətulla → Təbriz

⬅ Təbriz → Ağa Nemətulla → Fətəli xan Xoyski

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

24 nömrəli marşrut:

➡ Ziya Bünyadov pr. → Əhməd Rəcəbli → Təbriz

⬅ Əhməd Rəcəbli → Ziya Bünyadov pr.

Daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.