16 mart 2025 13:37
145

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirlyindən bildirilib.

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.