Gədəbəy rayonu, Qızılca meşəbəyliyində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəl yanıb, meşə yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.
Azyaşlı uşağın əli ət maşınında qalıb, 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq