15 mart 2025 16:41
78

ABL: "Gəncə" "Ordu"ya qalib gəlib

Azərbaycan Basketbol Liqasının XVIII turunda "Gəncə" "Ordu" kollektivinə qalib gəlib.

“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.