Cari ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (103 mln. manat) çox olmaqla 1 mlrd. 178 mln. manat vəsait yönəldilib.
“İki sahil” xəbər verir ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.
Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq