Qazax rayonunun Azərbaycana geri qaytarılan 4 kəndi üzrə aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Hesabat ilində Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Delimitasiyası üzrə Dövlət Komissiyasının razılaşması əsasında Azərbaycana geri sərhədinin qaytarılıb. Bununla da 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin olunmuş və delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda Azərbaycan-Ermənistan sərhəd xətti müəyyən edilib. Hazırda həmin kəndlərin bərpası istiqamətində işlər aparılır.
3 yaşlı uşağın ət maşınında ağır yaralanan əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - VİDEO
Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq