Suriyanın keçmiş prezidenti Bəşər Əsədin bir qrup tərəfdarı Latakiya əyalətində kazarmalara hücuma cəhd edib.
“İki sahil” xəbər verir ki, bu barədə SANA agentliyi Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, münaqişə hərbi obyektin girişində baş verib. Təhlükəsizlik qüvvələri hücumun qarşısını ala bilib və dörd yaraqlını saxlayıblar.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb, hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.
Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb
Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb