12 mart 2025 18:18
108

Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün futbol dərsləri tədris olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri olan uşaqlar üçün futbol dərslərinə başlanılıb.

“İki sahil” xəbər verir ki,  nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, idman dərsləri AFFA tərəfindən ayrılan məşqçilər tərəfindən həftədə iki dəfə keçirilir.

Agentliklə AFFA-nın əməkdaşlığı çərçivəsində reallaşan layihənin məqsədi uşaqlar arasında idmana və sağlam həyat tərzinə marağı təşviq etmək, uşaqlara komanda ruhu aşılamaq, onların sosial bacarıqlarını artırmaq və sosial reabilitasiyasına dəstək göstərməkdir.

Məşqlərdə müəssisə sakinlərinə futbol texnikası öyrədilməklə yanaşı, onların fiziki və zehni bacarıqlarının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Məşqlərdə fərqlənən uşaqların gələcəkdə peşəkar futbola cəlb olunması nəzərdə tutulub.