Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, saat 16:00-da “Sərhədçi” ilə “Gəncə” üz-üzə gələcək.
Mərhələnin son matçında, saat 19:00-da isə “Sabah” “Neftçi” ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ötən gün keçirilən görüşlərində NTD "Şəki"ni 71:66, “Naxçıvan” isə “Abşeron”u 102:60 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.