12 mart 2025 08:21
106

Mask Trampın nəzarətində olan siyasi təşkilata 100 milyon dollar sərmayə qoyacaq

Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın nəzarətində olan kənar siyasi təşkilatına 100 milyon dollar sərmayə qoymağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Mask və Trampın həmkarları son günlərdə iş adamının Amerika liderinin nəzarətində olan qrupa ianə verməsi barədə danışıblar.

Qəzet yazıb ki, Mask ABŞ prezidentinin xarici təşkilatına bu qədər böyük siyasi töhfələr verən ilk Ağ Ev əməkdaşı olacaq.