11 mart 2025 21:24
137

İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıqlayıb.

“İki sahil” xəbər verir ki, diplomat bu barədə “Al Jadeed” telekanalına müsahibəsində bildirib.

O, Vaşinqtonun tərəflər arasında vasitəçi kimi çıxış edəcəyini söyləyib.

"İsrail və Livan ABŞ-nin himayəsi altında quru sərhədləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Qalan məsələlərin həlli ilə bağlı işçi qrupları yaratdıq", - Ortaqus əlavə edib.