Rusiyadan Macarıstana neft tədarükü "Drujba" boru kəmərinin ölçmə stansiyasına PUA hücumları səbəbindən dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakla söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, hazırda təmir işləri aparılır və tədarükün bu gün axşama qədər bərpa olunacağı ehtimal edilir.
P.Siyarto qeyd edib ki, Budapeşt Ukrayna Silahlı Qüvvələrinin Macarıstanın enerji təchizatı üçün kritik əhəmiyyətli infrastruktura hücumunu öz suverenliyinə təhdid kimi qiymətləndirir.