11 mart 2025 14:23
132

ATƏT Ukraynada münaqişənin qarşısını almaq üçün heç nə etməyib - AÇIQLAMA

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynada münaqişənin qarşısının alınmasında rol oynamaq imkanı var idi, lakin bunu etmədi.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, ATƏT-in böyük problemləri var: "O, xüsusi hərbi əməliyyat üçün şəraitin yaradılmasının qarşısını almaqda heç bir rol oynamayıb, baxmayaraq ki, bunu edə bilərdi".