11 mart 2025 14:14
136

PUA-lardan qorunma tədbirləri regionlarının təhlükəsizliyini təmin etməyə imkan verir - Peskov

Dronlardan qorunmaq üçün əvvəllər qəbul edilmiş bütün tədbirlər Rusiya regionlarının təhlükəsizliyini təmin etməyə imkan verir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hazırlıq xarakterli bütün tədbirlər əvvəlcədən həyata keçirilib. Məhz bu, bizə Moskvanın, Moskva vilayətinin və bir çox digər regionların mühafizəsini təmin etməyə imkan verir” - deyə, Peskov bildirib.

Moskva meri Sergey Sobyanin Ukrayna pilotsuz təyyarələrinin paytaxta ən kütləvi hücumunun dəf edildiyini açıqlayıb. İstintaq Komitəsi terror aktı ilə bağlı iş açıb.