10 mart 2025 22:34
84

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

“İki sahil” xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda fransalı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.