10 mart 2025 18:02
112

“Mançester Yunayted” altı futbolçusunu satacaq

“Mançester Yunayted” hazırda maliyyə çətinliyi yaşayır.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən klub qarşıdan gələn yayda güclənmək üçün ilk növbədə oyunçularını satmalı olacaq.

"Qırmızı şeytanlar" 6 futbolçudan xilas olmağa qərar verib.

Bu siyahıya Markus Reşford, Tayrell Malasya, Antoni, Ceydon Sanço, Kazemiro və Kristian Eriksen daxildir. Q

Hazırda Reşford, Malasya, Antpni və Sanço icarədədir. "Mançester Yunayted" isə onları mövsümün sonunda birdəfəlik satmağı gözləyir.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.