10 mart 2025 16:57
104

"Bayer"in ulduzu "Bavariya" ilə oyunu buraxacaq

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya"ya qarşı cavab oyununu (ilk matç - 0:3) buraxacaq.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə açıqlanmayıb.

Qeyd edək ki, almaniyalı oyunçu bu mövsüm 39 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun "Bayer" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.