Bakıda müəllimlərə qarşı uyğunsuz davranış edən 301 nömrəli tam orta məktəbin direktoru ilə bağlı tədbirlər görüləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd olunub ki, məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və BŞTİ-nin nəzarətindədir.
Məlumata görə, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.
Həmçinin bildirilib ki, xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Xatırladaq ki, həmin məktəbin müəllimləri direktorun onları valideynlərin yanında təhqir etdiyini bildiriblər.